"Qarabağ" "Sumqayıt"a məğlub oldu
    • 22-11-2019, 23:24
    • 1 088

"Qarabağ" "Sumqayıt"a məğlub oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura start verilib.

News24.az xəbər verir ki, həftənin açılış oyununda lider "Qarabağ" "Sumqayıt"ın qonağı olub. "Kapital Bank Arena"da baş tutan matçda hesabı 36-cı dəqiqədə ağdamlıların ispaniyalı legioneri Xayme Romero açıb. Görüşün ikinci hissəsi daha maraqlı alınıb. Meydan sahiblərinin iranlı legioneri Peyman Babayi 65-ci və 68-ci dəqiqələrdə 2 qol vurub.

Bundan 1 dəqiqə sonra isə meydan sahibləri cari çempionatda ilk dəfə azlıqda qalıblar. Rəqibi dirsəyi ilə vuran İsmayıl İbrahimli qırmızı vərəqə görüb.
Oyunda başqa qol olmayınca "Qarabağ" cari mövsümdə ilk dəfə uduzub və 27 xalla liderliyini davam etdirib. Xalını 17-ə çatdıran "Sumqayıt" isə 4-cü pillədə qalıb.

Qeyd edək ki, turun qalan oyunları həftəsonu keçiriləcək. Sabah "Səbail" "Sabah"ı qəbul edəcək. Bazar günü isə "Zirə" - "Keşlə" və "Neftçi" - "Qəbələ" matçları olacaq.