Dünya güclərinin iqtisadi  "savaşı" başladı
    • 6-07-2018, 11:49
    • 986

Dünya güclərinin iqtisadi "savaşı" başladı

News24.az  xəbər veri ki, ABŞ Çinə tətbiq etdiyi vergi siyasətinin icrasına start verib.

Belə ki, ABŞ höküməti Çindən idxal edilən 800-dən çox çeşiddə məhsula yüzdə 25 rüsum tətbiq edib. Çinin 34 milyard dollar həcmindəki məhsullarını böyük zərər gözləyir. 

Buna cavab olaraq Çin İqtisadiyyat Nazirliyi bəyanat yayıb: "ABŞ-a ticarət barədə müqavimət göstərəcəyik. ABŞ-ın bu addımı qlobal şəkildə ticari addımlara zərər verəcək."

İlhamə Rəsulova