-
- 25-11-2019, 10:15
- 654
Paytaxt sakinlərinin müraciətləri nəzarətə götürüldü
Ölkə başçısının tapşırığına uyğun olaraq Bakı Şəhər və paytaxt rayonlarının İcra Hakimiyyətlərinin başçıları şəhərin qəsəbələrində sakinlərinin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə görüşlər keçirir.
Bakı Şəhər İcra Hakimiyyətindən News24.az-a verilən məlumata görə, görüşlərdə rayonların rəhbərliyi ilə yanaşı rayonların təsərrüfat və xidmət sahələrinin, bələdiyyələrin, hüquq-mühafizə orqanlarının rəhbərləri, qəsəbə sakinləri, ağsaqqallar, din xadimləri, təhsil və səhiyyə işçiləri, digər aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
Tədbirlər çərçivəsində Qaradaq RİH başçısı Süleyman Mikayılov rayonun Çeşildağ və Körgöz qəsəbələrində, Suraxanı RİH-nin bağçısı Əziz Əzizov Hövsan qəsəbəsində, Xəzər RİH-nin başçısı Elşən Salahov Binə qəsəbəsində, Binəqədi RİH başçısı Elxan Allahverdiyev M.Ə.Rəsulzadə qəsəbəsində, Sabunçu RİH başçısı Adil Vəliyev Maştağa, Ramana və Nardaran qəsəbələrində görüşlər keçirmiş, sakinlərin müraciət və təklifləri dinlənilib.
Görüşlərdə irəli sürülən bütün müraciət və təkliflər nəzarətə götürülüb.