"Biz sadəcə bu konfransı etməklə kifayətlənməyəcəyik" - Ömer Nart - FOTO
    • 26-11-2019, 11:15
    • 593

"Biz sadəcə bu konfransı etməklə kifayətlənməyəcəyik" - Ömer Nart - FOTO

"Bu konfransı ilk dəfə Türkiyədə keçirəndə böyük marağa səbəb olmuşdu. Hər dəfə bu forumu təşkil edəndə öncəkindən daha da çox marağa səbəb olduğu üçün bunu ölkə xaricinə çıxarmağı düşündük".

News24.az xəbər verir ki, bu sözləri "World E-Commerce Forum"unun başçısı Ömer Nart "World E-Commerce Forum Eurasia Baku 2019" forumundakı çıxışı zamanı deyib: "Azərbaycanda bu işi görə biləcəyimizlə bağlı "MyBroker" şirkətinin rəhbəri Rəşad Əliyevlə müzakirələr etdik. Biz sadəcə bu konfransı etməklə kifayətlənməyəcəyik. Forumun Türkiyədə gördüyü bütün işləri Azərbayacanda qalıcı olaraq həyata keçirməyə gəlmişik.
Forumdan sonra nəticələrlə bağlı sənəd hazırlayıb, bütün sektor nümayəndələrinə təqdim edəcəyik".