"E-Ticarətin inkişafında 3 tərəf məsuliyyət daşıyır" - KOBİA SƏDRİ
    • 26-11-2019, 11:37
    • 721

"E-Ticarətin inkişafında 3 tərəf məsuliyyət daşıyır" - KOBİA SƏDRİ

"Azərbaycanda elektron ticarətin əhatə dairəsinin genişləndirilməsi, o cümlədən pərakəndə satışlarda elektron ticarətin payının artrılması, transsərhəd ticarətin inkişafı prioritet olaraq müəyyən edilib. Azərbaycan Respublikasında Telekominikasiya və informasiya texnologiyalarının inkişafına dair yol xəritəsində nəzərdə tutulan bir sıra tədbirlərin icrası məqsədi ilə 2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə dövlət proqramı qəbul edilib".

News24.az
xəbər verir ki, bu sözləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov "World E-Commerce Forum Eurasia Baku 2019" Forumu zamanı deyib: "Bundan başqa elektron ticarətin hüquqi və infrastruktur bazasının beynəlxalq tələblərə uyğunlaşdırmaq məqsədi ilə Azərbaycan Rəqəmsal Ticarət Qovşağı yaradılıb. Bütün bunlar nağdsız ödəniş mühitinin genişləndirilməsi, nağd ödənişlərin minimuma endirilməsi və nəticədə bank sektorunun maliyyə resursları bazasının genişləndirilməsi istiqamətində mühüm hüquqi zəmin yaradıb.

Hesab edirik ki, elektron ticarətin inkişafı üçün üç tərəf vətəndaş, biznes subyektləri və dövlət strukturları birgə məsuliyyət daşıyırlar.

Vətəndaşın əsas məsuliyyəti rəqəmsal biliklərə yiyələnmək, ödənişləri elektron qaydada həyata keçirməkdən ibarətdirsə, sahibkar istehsal və ixrac etdiyi malların online satışını təşkil etməklə əhalinin marağına səbəb ola bilər. Dövlət isə tənzimləmə sahəsində addım atmaqla bu sahədə olan e sistemin effektivliyini artıra, eləcə də elektron ticarəti təşviq edə bilər".