Bu qəbilənin üzvləri meymun əti yeyir, ölülərini dik basdırır... - İNANILMAZ ADƏTLƏR
    • 29-08-2018, 18:40
    • 1 039

Bu qəbilənin üzvləri meymun əti yeyir, ölülərini dik basdırır... - İNANILMAZ ADƏTLƏR

Yer üzündə həyat tərzinə, mədəniyyətinə, yeməklərinə, qayda-qanunlarına görə bir-birindən kəskin şəkildə fərqlənən insanlar var. Bu insanların bir hissəsi hələ də qəbilə, tayfa halında yaşayır. Nə qədər çətin olsa da, 21-ci əsrdə meymun əti yeyən, ölülərini oturaq şəkildə basdıran qəbilələr var. Onlardan biri də Route qəbiləsidir.
 Nepalın mərkəzində yaşayan və qeyri-adi adətləri ilə seçilən Route qəbiləsi haqqında maraqlı faktları təqdim edirik:

Route qəbiləsinin tərkibində yaşayan insan birlikləri Nepal xalqı tərəfindən ikinci sinif insanlar kimi görülür. Bu səbəbdən qəbilə əhalisi onları qəbul etməyən modern həyatdan imtina edərək öz yaşantılarını bu cür davam etməyə üstünlük verir. Bu qəbilənin üzvləri etnik kimliklərinə sıx bağlıdırlar. Onlar inanırlar ki, kral nəslindən törəyiblər və bu krallıq onlar tərəfindən davam etdiriləcək.
Bu qəbilənin yaşam tərzini isə ilk dəfə danimarkalı fotoqraf Can Moller çəkib. Ötən il Nepalın Accham bölgəsində, meşənin dərinliklərində yaşayan Route qəbiləsini çəkmək üçün gedən fotoqraf meşənin kralı adlandıran qəbilə üzvləri ilə yaxından tanış olub.

Fotoqraf deyir ki, onların heç bir maddi imkana, mülkə ehtiyacları yoxdur. Sahib olduqları hər şeyi ortaq şəkildə qəbilə camaatı arasında paylaşırlar. Köçəri həyat sürdükləri üçün yanlarında özləri ilə daşıya biləcəkləri az sayda yüngül əşyalara üstünlük verirlər.

Hər qəbilənin özünəməxsus maraqlı adətləri olur. Route qəbiləsi isə öz ölülərini oturaq halda dəfn etmələri ilə məşhurdur. Onlar düşünür ki, belə dəfn olunan ölülərin ruhu cənnətə daha tez çatır. Daha maraqlısı isə odur ki, onlar ölülərini harda öldüsə, orada da dəfn edib həmin ərazidən uzaqlaşırlar. Onlar heç vaxt ölülərin basdırıldığı ərazilərə yaxın yaşamırlar.

Bu qəbilənin daha bir maraqlı yönlərindən biri meymun ovçuları olmalarıdır. Onlar meymunları ovlamaq üzrə sözün əsl mənasında, ustadırlar. Meymunları ovlamaqla qalmır, həmdə onun əti ilə qidalanırlar. Əlavə olaraq qəbilə üzvləri meşədəki ağacları doğrayaraq kənd camaatına satır. Əvəzində isə pul yox, özlərinə yetəcək qədər taxıl, səbzə və s. bu kimi qidalar alırlar. Lakin yenə də onların əsas məşğuliyyətləri Langur və Makaka meymunlarını ovlamaqdır.

Raute qəbiləsi meşə həyatına o qədər bağlıdır ki, onlar toxum əkməyin günah olduğunu düşünür və kənd təsərrüfatı ilə məşğul olmurlar. Qəbilənin diqqət etdiyi məqamlardan biri də ağacları doğrayarkən xüsusi seçim etmələridir. Route qəbiləsinin üzvləri hər ağac növünü kəsmir.

Belə ki, qəbilə üzvləri bir qayda olaraq nadir və nəsli tükənməkdə olan ağacları kəsmirlər. Sadəcə geniş yayılmış, çox olan ağacları kəsərək onlardan istifadə edirlər.

Qəbilədə qadınlara ova çıxmaq qadağandır. Son məlumatlara görə, qəbilənin hazırda 156 üzvü qalıb. Əlavə olaraq onu da qeyd edək ki, bu qəbilə bu günə kimi yaşamını sürdürə bilən dünyanın ilk qəbilələrindəndir.

//publika.az