Bakını toz-duman bürüdü
    • 30-08-2018, 10:02
    • 1 016

Bakını toz-duman bürüdü

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin apardığı monitorinqlərin nəticələrinə əsasən, 30 avqust 2018-ci ildə ölkə ərazisində havada olan tozun miqdarının sanitar normadan artıq olduğu məlum olub.

Buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır. 

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, səhər saat 07:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan 20 faiz yuxarı olduğu qeydə alınıb.
Meteoroloji proqnoza əsasən, tozlu hava şəraitinin iki gün davam edəcəyi gözlənilir.