Sürücü törətdiyi qəzada ÖLDÜ
    • 27-11-2019, 14:09
    • 638

Sürücü törətdiyi qəzada ÖLDÜ

Noyabrın 26-da saat 18 radələrində Şəmkir rayonunun Dəllər qəsəbəsi ərazisində rayon sakini Rafiq İsmayılov idarə etdiyi “VAZ-21104” markalı avtomobili qarşıda gedən həmyerlisi E.Cəfərovun idarə etdiyi ekskavatora vurub və idarəetməni itirdiyindən yolun kənarındakı çökəyə düşüb.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, nəticədə R.İsmayılov və sərnişini olan qardaşı qızı xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.