-
- 30-08-2018, 10:35
- 1 667
Uğurlu sevginin sirləri- - Sevgilinizlə barışmağın 9 yolu
İki insan arasındakı münasibət onların fərqləri ilə güclü olur. İstər dostluq olsun, istər sevgi, istərsə də evlilik - uğurlu münasibətin sirri varmı? Hər şeyi qaydasında saxlamaq üçün hansısa yollar mövcuddurmu?
Həyatınızda əsas yeri tutan münasibətləri sağlam tutmaq üçün sizə bir neçə praktik məsləhətlər təqdim edirik.
Həm özün, həm də partnyoruna sərbəstlik tanımaq son dərəcə vacib məsələdir. Hobbi və maraqlarınızı qoruyun və sizin üçün əhəmiyyət daşıyan şeylərdən imtina etməyin.
BBC Radio 4-ün Something Understood verilişinin aparıcısı ravvin Harvey Belovski özümüzü tanımaq və dəyər verməyin əhəmiyyətini anlayır: "Yaxşı münasibətlərin yalnız şəxsi inkişafa zəmin yaradan və buna həvəsləndirən münasibətlər olduğuna inanıram. Partnyoru sıxmaq yox, sağlam və kamil münasibət bəsləmək lazımdır."
Ayrı vaxt keçirin və birlikdə keçdiryiniz vaxt daha da keyfiyyətli alınacaq.
Münasibətlərimiz aramızdakı fərqlər sayəsində güclənir və inkişaf edir və partnyorluq müxaliflikdən doğur.
Əsas məsələ həmin mübahisə ilə necə başa çıxdığınızdan asılıdır. Tanınmış cütlük terapevti Esther Perel, mübahisəni həll etmək üçün anlayış duyğusunun əhəmiyyətinə inanır.
"Qarşınızdakı insanın nələr yaşadığını qəbul edin", anlayış göstərin və üzləşdiyiniz problemlərdəki payınıza məsuliyyətlə yanaşın, Esther vurğulayır.
Qarşı tərəfin yanlış hərəkətlərinə köklənməkdənsə, özünüzə sual edin: mən nəyi yanlış edirəm və necə dəyişə bilərəm?
Bir-birinizdən həzz almaq və maraqlı anları paylaşmaq üçün müəyyən vaxt sərf edin - yaxşı şam yeməyi, akvariuma səyahət, yataqda tənbəl səhər yeməyi.
İşi çox olan dostlarla vaxt keçirməyə zaman ayırmaq xüsusilə çətin ola bilər, ona görə də mütəmadi bir tarix seçməyi sınayın: hər ayın üçüncü çərşənbə axşamı Hind şam yeməyi və ya illik düşərgə.
İsmarış və ya e-maili göndərməmişdən əvvəl bir daha oxuyun - nə demək istədiyiniz anlaşılacaqmı? Əgər əmin deyilsinizsə, üz-üzə söhbət və ya FaceTime ilə zəng etməyi sınayın.
Onlar sadalananlardan hansındasa uğursuz olduqda bütün münasibətimizi sorğulayırıq.
Bəzən məsləhət, söhbət və ya dərdləşmək üçün partnyorunuzdansa bir dostunuz və ya ailə üzvünüzün yanına getmək həm sizə, həm də ona yaxşı gələ bilər.
Unutmayın ki, evlilik və ya partnyorluğunuz həyatınızdakı əsas münasibət olsa da, yeganə münasibət deyil.
Əgər dostunuzun övladı dünyaya gəlibsə və ya partnyorunuz uzun müddətdir gözlədiyi vəzifəyə qalxıbsa, bir şampan açmağa və kabab çəkməyə dəyər.
Yaxşı xəbərləri qeyd etmək sizi bir-birinizə daha da yaxınlaşdıracaq.
Apardığı minlərlə müsahibələrdən sonra, tədqiqatçı Brene Brown əlaqənin sirrinin həssaslıq olduğu nəticəsinə varıb.
"Heç bir münasibət - istər emosional, istər mənəvi, istərsə də fiziki yaxınlıq - həssaslıq olmadan irəliləyə bilməz," o deyir.
Leonard Cohen məşhur mahnısında dediyi kimi, şüaların içəri keçməsini təmin edən məhz çatlardır.
Sizə edilən yaxşılıqlara sevgi ilə yanaşmaq gərəkdir. Əgər kimsə yadınıza düşürsə, onlara ismarış və ya e-mail yazın. Əgər bir dostunuz və ya partnyorunuzun həkim ilə vacib bir görüşü varsa, nəticəsi ilə maraqlanın.
Əgər dostunuz nasazdırsa, ona tez sağal açıqcası yollayın. Kiçik və xüsusi jestlərin yerini heç nə verməz.
Əslində isə, Esther deyir, tapa bilmərik. Lakin unutmamalıyıq ki, "həmin o tək insan deyilən şey mövcud deyil. Seçdiyiniz insan olur və həmin insanla necə münasibət qurmaq istədiyinizi özünüz müəyyənləşdirməlisiniz."
Uğur və ya uğursuzluq "həmin insanı" tapııb-tapmadığınızdan yox, uzlaşmağa hazır biri olmanız və münasibət uğrunda nələr edə biləcəyinizdən asılıdır!
Həyatınızda əsas yeri tutan münasibətləri sağlam tutmaq üçün sizə bir neçə praktik məsləhətlər təqdim edirik.
1. Özünüzə hörmətlə yanaşın
Özünü münasibətə qurban vermək asandır, amma bəzən bir müddət sonra, məğlub olduğunu zənn edərsən.Həm özün, həm də partnyoruna sərbəstlik tanımaq son dərəcə vacib məsələdir. Hobbi və maraqlarınızı qoruyun və sizin üçün əhəmiyyət daşıyan şeylərdən imtina etməyin.
BBC Radio 4-ün Something Understood verilişinin aparıcısı ravvin Harvey Belovski özümüzü tanımaq və dəyər verməyin əhəmiyyətini anlayır: "Yaxşı münasibətlərin yalnız şəxsi inkişafa zəmin yaradan və buna həvəsləndirən münasibətlər olduğuna inanıram. Partnyoru sıxmaq yox, sağlam və kamil münasibət bəsləmək lazımdır."
Ayrı vaxt keçirin və birlikdə keçdiryiniz vaxt daha da keyfiyyətli alınacaq.
2. Mübahisədən çəkinməyin
Fərqlilik və fərdin müxtəlifliyi anlaşılmazlıqlarla nəticələnə bilər. Lakin partnyorluq və ya dostluqda mübahisələr heç də pis hal sayılmamalıdır.Münasibətlərimiz aramızdakı fərqlər sayəsində güclənir və inkişaf edir və partnyorluq müxaliflikdən doğur.
Əsas məsələ həmin mübahisə ilə necə başa çıxdığınızdan asılıdır. Tanınmış cütlük terapevti Esther Perel, mübahisəni həll etmək üçün anlayış duyğusunun əhəmiyyətinə inanır.
"Qarşınızdakı insanın nələr yaşadığını qəbul edin", anlayış göstərin və üzləşdiyiniz problemlərdəki payınıza məsuliyyətlə yanaşın, Esther vurğulayır.
Qarşı tərəfin yanlış hərəkətlərinə köklənməkdənsə, özünüzə sual edin: mən nəyi yanlış edirəm və necə dəyişə bilərəm?
3. Birlikdə əylənin
"Birgə keyfiyyətli vaxt keçirin" köhnə deyim olsa da, aktuallığını heç vaxt itirmir. Münasibətinizi birgə bazarlıq və ev təmizləməklə tamamlanan bir hala gətirməyin.Bir-birinizdən həzz almaq və maraqlı anları paylaşmaq üçün müəyyən vaxt sərf edin - yaxşı şam yeməyi, akvariuma səyahət, yataqda tənbəl səhər yeməyi.
İşi çox olan dostlarla vaxt keçirməyə zaman ayırmaq xüsusilə çətin ola bilər, ona görə də mütəmadi bir tarix seçməyi sınayın: hər ayın üçüncü çərşənbə axşamı Hind şam yeməyi və ya illik düşərgə.
4. Fikirlərinizi aydın ifadə edin
Sadə anlaşılmazlıqlardan yaranan nə qədər mübahisəniz olub? Narazılıq və mübahisələrdən yayınmağın əsas yolu fikirləri aydın və effektiv şəkildə ifadə etməkdir.İsmarış və ya e-maili göndərməmişdən əvvəl bir daha oxuyun - nə demək istədiyiniz anlaşılacaqmı? Əgər əmin deyilsinizsə, üz-üzə söhbət və ya FaceTime ilə zəng etməyi sınayın.
5. Bir nəfərin sizin "hər şeyiniz" olacağını gözləməyin
Biz həyat yoldaşımız və ya partynorumuzu bəzən həddən artıq təzyiq altında saxlayırıq: həm emosional söykənəcək, həm də sevgilimiz, dostumuz, yoldaş, sirdaş və maddi dəstəkçimiz olmasını istəyirik.Onlar sadalananlardan hansındasa uğursuz olduqda bütün münasibətimizi sorğulayırıq.
Bəzən məsləhət, söhbət və ya dərdləşmək üçün partnyorunuzdansa bir dostunuz və ya ailə üzvünüzün yanına getmək həm sizə, həm də ona yaxşı gələ bilər.
Unutmayın ki, evlilik və ya partnyorluğunuz həyatınızdakı əsas münasibət olsa da, yeganə münasibət deyil.
6. Yaxşı anları qeyd edin
Həyat çətin ola bilər, buna görə də yaxşı hadisələri bir mahnı və rəqslə qeyd edin.Əgər dostunuzun övladı dünyaya gəlibsə və ya partnyorunuz uzun müddətdir gözlədiyi vəzifəyə qalxıbsa, bir şampan açmağa və kabab çəkməyə dəyər.
Yaxşı xəbərləri qeyd etmək sizi bir-birinizə daha da yaxınlaşdıracaq.
7. Həssaslığınızı gizlətməyin
Yaxınlıq və məhrəmlik ürəyinizi açmağa kömək olar. Əgər həssaslıq göstərsəniz, narahatlıq və qorxularınızı bölüşsəniz və kömək istəsəniz, qarşınızdakı insanlar da bunu edər.Apardığı minlərlə müsahibələrdən sonra, tədqiqatçı Brene Brown əlaqənin sirrinin həssaslıq olduğu nəticəsinə varıb.
"Heç bir münasibət - istər emosional, istər mənəvi, istərsə də fiziki yaxınlıq - həssaslıq olmadan irəliləyə bilməz," o deyir.
Leonard Cohen məşhur mahnısında dediyi kimi, şüaların içəri keçməsini təmin edən məhz çatlardır.
8. Mehriban olun və qədir bilin
Sevdiklərimizi bəzən adi qəbul edirik və hər zaman yanımızda olacaqlarını düşünürük. Bu səbəbdən mehriban olmaq və onların varlığına şükür etmək lazımdır.Sizə edilən yaxşılıqlara sevgi ilə yanaşmaq gərəkdir. Əgər kimsə yadınıza düşürsə, onlara ismarış və ya e-mail yazın. Əgər bir dostunuz və ya partnyorunuzun həkim ilə vacib bir görüşü varsa, nəticəsi ilə maraqlanın.
Əgər dostunuz nasazdırsa, ona tez sağal açıqcası yollayın. Kiçik və xüsusi jestlərin yerini heç nə verməz.
9. "Həyatınızın adamını" tapmağa çox köklənməyin
Populistik mədəniyyət bizə "o tək insanı" tapmağı aşılayır. Esther Perel deyir ki, bu deyim müasir rəqəmsal münasibət quran insanları çaşdıra bilər: barmaq uclarımızda milyonlarla potensial ruh əkizi olduğu halda, doğru insanı necə tapmalıyıq ki?Əslində isə, Esther deyir, tapa bilmərik. Lakin unutmamalıyıq ki, "həmin o tək insan deyilən şey mövcud deyil. Seçdiyiniz insan olur və həmin insanla necə münasibət qurmaq istədiyinizi özünüz müəyyənləşdirməlisiniz."
Uğur və ya uğursuzluq "həmin insanı" tapııb-tapmadığınızdan yox, uzlaşmağa hazır biri olmanız və münasibət uğrunda nələr edə biləcəyinizdən asılıdır!