Özünüzü motivasiya etməyin yolları
    • 5-10-2018, 14:25
    • 3 130

Özünüzü motivasiya etməyin yolları

Motivasiya əksikliyinə görə özümüzü gücsüz hiss edirik. Sağlam bir motivasiya ilə istədiklərinizi edə bilərsiniz. Bunun üçün sizə 10 yol tövsiyyə edirik:

1.Günə yaxşı başlayın
Günə gülümsəyərək oyanmaq günün davamında da enerjini yüksək tuta bilməyinizi təmin edəcək. Üzgün sifətlə, əsəblə, ümidsizliklə başladığınız günün sizin üçün möcüzələrlə dolu bir gün olmasını gözləməyin. Günə gülümsəyərək başlasanız, günün davamında daha da enerjili olarsınız.


2. Sahib olduqlarınızın qədrini bilin
Sahib olduqlarınızın qədrini bilməzsəniz, olacaqlarınızın da qiymətini bilməyəcəksiniz və heç bir şeyin sizi xoşbəxt etməyəcəyi üçün  yenidən başa dönəcəksiniz. Əlinizdəkinin qiymətini bilməyi öyrənməyiniz lazımdır. Unutmayın! İnsan əlindəkinin qiymətini itirincə anlayır, istəsəniz, təcrübədən keçirə bilərsiniz.


3. Analiz edin.
Hədəfinizi, qət etdiyiniz yolu, prosesləri, müsbət-mənfi vəziyyətləri analiz etməlisiniz. Heç bir şeyə kor-koranə qərar verməyin.


4. Səliqəli olun
Dağınıq məkanlar sizi yorar. Səliqəli olun ki, dağınıqlığın içində ehtiyacınız olan şeyi tapmaqla zaman itirməyəsiniz.


5. Özünüzü öyrədin
Təyin etdiyiniz hədəfləri araşdırın, oxuyun, nümunələri qiymətləndirin. Belə olan halda özünüzü inkişaf etdirmək etibarınızı artıracaq.


6. Vərdiş halına gətirin
Əgər bunu vərdiş halına gətirsəniz, təkrar bir motivasiya axtarışına ehtiyacınız olmayacaq. Bu vərdişiniz bir müddət sonra sizdə xasiyyət halını alacaq və siz artıq bunu dərd etməyəcəksiniz.


7. Qeyd edin.
Həyat qurtara bilər, çox cansıxıcı ola bilər. Lakin qeydlərinizi sözlərlə və ya qrafiklə, ümumiyyətlə, sizə hansı daha rahatdırsa, elə tuta bilərsiniz. Ancaq daha sonra o qeydləri tətbiq edə biləcəyiniz, lazım olduğu zaman faydalana biləcəyiniz və sizə asanlıq təmin edəcək şəkildə tutmalısınız ki, işinizə yarasın.


8.Niyə istədiyinizi özünüzə xatırladın
Təyin etdiyiniz hədəfin məqsədini özünüzə xatırlatmaq sizə "yetər” deməyinizə mane olacaq. "Yetər” demək üçün hər zaman bəhanələriniz var, halbuki, sizin ehtiyacınız olan tək şey motivasiyanızı yüksək tutmaq işinizə yarayacaq məqsədinizdir.


9. Post-it istifadə edin.
Sizi motivasiya edəcək, təyin etdiyiniz hədəfə çatmaq üçün sizi itələyəcək qeydləri divarınıza, şkafınıza, masanıza "post-it”-lərlə yapışdırın. Hədəfə çatmağınız üçün bunlar sizə kömək olacaq.


10. Nə istədiyinizə qərar verin
Nə istədiyinizi bilsəniz, ehtiyacınız olan motivasiyanızı təmin etməyiniz bir o qədər asan olacaq. Qərarsızlığınızın qalan kiçik enerjinizi də yox etməsinə icazə verməyin. Yaxşı düşünün, qərarlı olun.



//Oradio.az