-
- 30-08-2018, 11:03
- 1 184
Gəncənin yeni içra başçısı Qarabağ qazisidirmi?- Diqqətçəkən məqam!
Bəzi saytlarda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Qarabağ qazisi kimi təqdim edilir. Maraqlı məqam budur ki, yeni başçının dosyesinə nəzər salarkən Qarabağ döyüşləri gedən müddətdə onun vəzifə başında olduğu diqqət çəkir.
News24.az-ın Niyazi Bayramovun dosyesini təqdim edir.
Niyazi Müzəffər oğlu Bayramov 1956-cı il martın 26-da Bakı şəhərində anadan olub. 1980-ci ildə Bakı Dövlət Universitetini bitirib, ixtisasca hüquqşünasdır. 1980-1986-cı illərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü kimi 4 saylı Hüquq məsləhətxanasında vəkil işləyib. 1986-1992-ci illərdə Səbail Rayon İcra Hakimiyyətində Şöbə Müdiri, 1992-1995-ci illərdə Səbail Rayon İcra Hakimiyyəti Başçısının Müavini vəzifələrində çalışıb.
1995-1997-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri yanında İnspeksiyanın Rəisi, 1997-2001-ci illərdə Gəncə Şəhər Gömrük İdarəsinin Rəisi, Dövlət Gömrük Komitəsində Baş İdarə Rəisinin Müavini işləmişdir. 2009-2012-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin, 2012-ci ildə Sumqayıt Regional Mərkəzinin rəisi vəzifələrində işləyib.
Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2012-ci il tarixli 2173 nömrəli Sərəncamı ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilib. Niyazi Bayramov Yeni Azərbaycan Partiyasının üzvüdür, polkovnikdir.