Türkiyə oğurluğa görə saxlanılan şəxsi RUSİYAYA TƏHVİL VERDİ
    • 28-11-2019, 13:57
    • 741

Türkiyə oğurluğa görə saxlanılan şəxsi RUSİYAYA TƏHVİL VERDİ

Cinayət Kursk vilayətində 2010-cu ildə baş verib.

News24.az "TASS"a istinadən xəbər verir ki, 2010-cu ildə Kursk bölgəsində Rusiya Dəmir Yollarının əmlakını mənimsəmək cəhdində ittiham olunan şəxsi Türkiyə Rusiyaya təhvil verilib.

Baş Prokurorluğun rəsmi nümayəndəsi Aleksandr Kurennoy: "Rusiya Federasiyası Baş Prokurorluğunun tələbi ilə Tuktasin Saydalıyev Türkiyədən Rusiyaya təhvil veriləcək" deyib.

Müstəntiqlərin dediyinə görə, 2010-cu ilin aprel ayında Saydalıyev yoldaşları ilə birlikdə Kursk vilayətinin rayonlarından birində dəmir yolunun gəlib. Bundan sonraonlar Rusiya Dəmir Yollarının əmlakını talamağa çalışıb. O, bu il ərzində oğurluq etməkdə də ittiham olunur.

Cinayətləri etdikdən sonra təqsirləndirilən şəxslər qaçıb və beynəlxalq axtarışa verilib. 2013-cü ildə Saydalıyev saxlanılıb. Bundan sonra Türkiyə onun ekstradisiyası tələbini təmin edib, lakin saxlanılan şəxsbu qərardan şikayət edib.

Bu ilin oktyabr ayında Saydalıyevin Rusiyaya təhvil verilməsinə nail olunub.