-
- 29-11-2019, 14:13
- 660
Bakı məktəblisi Türkiyədə yeni mükafata LAYİQ GÖRÜLDÜ -VİDEO
Bakı şəhəri 283 nömrəli tam orta məktəbin XI sinif şagirdi Reyhan Camalova Türkiyədə yeni mükafata layiq görülüb.
Bakı şəhəri üzrə Təhsil idarəsindən News24.az-a verilən məlumata görə, Reyhan Camalova İstanbulda keçirilən “TRT World Citizen Awards 2019”da yağış suyundan enerji istehsal edən "Rainergy" qurğusunu kəşf etdiyi üçün “Gənclik” mükafatına layiq görülüb.
Mükafatlandırıma mərasimində çıxış edən R.Camalova təltif olunduğu üçün təşəkkür edərək öz uğurları barədə danışıb. Bu layihəni həyata keçirməkdə əsas məqsədin cəmiyyət üçün xeyirli bir addım atmaqdan ibarət olduğunu, “Gənclik” mükafatını isə gənclərin adından aldığını vurğulayıb.
Bununla yanaşı, o, dünyanın müxtəlif ölkələrindən təşəbbüsləri ilə diqqəti cəlb edən şəxlərlə də tanış olmaq imkanı qazanıb.
Qeyd edək ki, mükafatlandırılma mərasimində Türkiyənin birinci xanımı Əminə Ərdoğan da iştirak edib.
Onu da qeyd edək ki, Reyhan Camalova 4-5 aprel 2019-cu il tarixində Vyetnamın Hanoy şəhərində keçirilən Gənclər Sammitində (Youth Co:Lab Summit) spiker və juri qismində iştirak edib. Gənc ixtiraçı R.Camalova həmçinin 6 mart 2019-cu il tarixində Dubayda keçirilən "SME Beyond Borders 10X" biznes və sahibkarlıq konfransında da alternativ enerji mövzusunda çıxış edib, həmçinin “Rainergy” layihəsi ilə Azərbaycanı təmsil edib.
Reyhan Camalova “Sabahın alimləri” VIII Respublika müsabiqəsində “Mühəndislik” nominasiyası üzrə I yeri tutaraq qızıl medalla təltif edilib. Bu uğuruna görə də R.Camalova 12-17 may 2019-cu il tarixində ABŞ-ın Finiks şəhərində keçirilmiş İntel ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində “Rainergy” layihəsi ilə Azərbaycanı təmsil etmək imkanı əldə edib.
Eyni zamanda R.Camalova yağış suyundan enerji istehsal edən "Rainergy" qurğusunun gənc ixtiraçısı və dünya üzrə 100 nüfuzlu qadından biridir. Reyhan Camalovanın adı "Forbes"in Sənaye, istehsalat və enerji sahəsində "30 yaşdan aşağı 30 gənc araşdırmaçı" siyahısına da daxil edilib.