-
- 9-04-2019, 18:07
- 1 294
"Forbes"in siyahısına düşən azərbaycanlı qız beynəlxalq sammitdə jüri seçilib
Yağış suyundan enerji istehsalını nəzərdə tutan “Reynerci”ni ixtiraçısı, Bakı şəhəri 283 nömrəli tam orta məktəbin X sinif şagirdi Reyhan Camalova Vyetnamın Hanoy şəhərində keçirilən Gənclər Sammitində (Youth Co:Lab Summit) spiker və juri qismində iştirak edib.
News24.az xəbər verir ki, Birləşmiş Millətlər təşkilatının Dayanıqlı Məqsədlər üzrə Proqramının Vyetnamdakı nümayəndəliyinin dəstəyi ilə ölkəmizi təmsil edən R.Camalova sammitdə 2 dəfə çıxış edib. Çıxışı zamanı gənc ixtiraçı öz uğurları və qarşılaşdığı çətinlikləri dəf etmək yolları haqqında gənclərə motivasiyaedici məlumatlar verib.
Bununla yanaşı, o, Asiya və Sakit Okean ölkələrindən olan digər spikerləri də dinləmək imkanı qazanıb. Sammitdə spikerlər gənclərin bir sahibkar kimi üzləşdikləri problemlərin həlli yollarını müzakirə ediblər.
Qeyd edək ki, Gənclər Sammiti (Youth Co:Lab Summit) bu il 20 müxtəlif Asiya və Sakit Okean ölkələrindən 500-dən çox gənci bir araya toplayıb.
Gənc ixtiraçı R.Camalova həmçinin, 6 mart 2019-cu il tarixində Dubayda keçirilən "SME Beyond Borders 10X" biznes və sahibkarlıq konfransında da alternativ enerji mövzusunda çıxış edib, həmçinin “Rainergy” layihəsi ilə Azərbaycanı təmsil edib.
Reyhan Camalova “Sabahın alimləri” VIII Respublika müsabiqəsində “Mühəndislik” nominasiyası üzrə I yeri tutaraq qızıl medalla təltif edilib. Bu uğuruna görə də R.Camalova 12-17 may 2019-cu il tarixində ABŞ-ın Finiks şəhərində keçiriləcək İntel ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində “Rainergy” layihəsi ilə Azərbaycanı təmsil etmək imkanı əldə edib.
Qeyd edək ki, R.Camalova yağış suyundan enerji istehsal edən "Rainergy" qurğusunun gənc ixtiraçısı, “ASAN xidmət”in ideya müvəkkili və dünya üzrə 100 nüfuzlu qadından biridir. Reyhan Camalovanın adı "Forbes"in Sənaye, istehsalat və enerji sahəsində "30 yaşdan aşağı 30 gənc araşdırmaçı" siyahısına daxil edilib.