-
- 30-11-2019, 18:48
- 1 848
Prezident İlham Əliyev: "Bundan sonra da iki qardaş ölkə - Türkiyə və Azərbaycan çiyin-çiyinə irəliləyəcək"
Bu gün Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 4 il bundan əvvəl təməli qoyulan TANAP-ın Avropa sərhədinə çatması münasibətilə təbriklərini çatdırıb.
News24.az xəbər verir ki, bu layihənin keçdiyi tarixi yoldan danışan dövlət başçısı TANAP-ın icrasında əsas texniki və maliyyə yükünün Azərbaycanın və Türkiyənin üzərinə düşdüyünü bildirib. Ölkələrimiz arasında icra olunan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin fəaliyyətə başlamasının TANAP üçün yol açdığını deyən Prezident İlham Əliyev 7 ölkəni birləşdirən Cənub Qaz Dəhlizinin əhəmiyyətindən danışıb, onun ölkələri birləşdirdiyini vurğulayıb.
Bu layihələrin dünyada enerji təhlükəsizliyində mühüm rol oynadığını deyən dövlət başçısı deyib ki, bundan sonra da iki qardaş ölkə - Türkiyə və Azərbaycan çiyin-çiyinə irəliləyəcək.