Bu partiyalar Milli Məclisdən uzaqlaşdırıla bilər -SİYAHI
    • 1-12-2019, 14:43
    • 1 357

Bu partiyalar Milli Məclisdən uzaqlaşdırıla bilər -SİYAHI

Milli Məclisin hazırkı tərkibində müxalifəti təmsil edən partiyalar növbədənkənar seçkilər nəticəsində formalaşacaq parlamentdən kənarda qala bilər.

News24.az "yenisabah.az"-a istinadən xəbər verir ki, bunun səbəbi artıq həmin partiyaların ictimaiyyət və beynəlxalq qurumlar tərəfindən müxalifət kimi tanınmamasıdır. Digər tərəfdən onların təmsilçilərindən bəziləri ictimaiyyətdə mənfi persona kimi qəbul olunur. 

Məlumat üçün deyək ki, hazırda Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasından (YAP) başqa daha 7 partiya təmsil olunur ki, onlar müxalifət fəaliyyətində olmasalar da, özlərini müxalifət adlandırır. Həmin partiyalar aşağıdakılardır:

Ana Vətən Partiyası – sədr Fəzail Ağamalı

Vəhdət Partiyası – sədr Tahir Kərimli

Sosial Rifah Partiyası – sədr Xanhüseyn Kazımlı

Sosial Demokrat Partiyası – sədr Araz Əlizadə

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası – sədr Qüdrət Həsənquliyev

Demokratik İslahatlar Partiyası – sədr Asim Mollazadə

Böyük Quruluş Partiyası – sədr Fazil Mustafa

Bu partiyaları Milli Məclisdə yalnız sədrləri təmsil edir. İddia olunur ki, yeni parlamentdə adı qeyd edilən partiyaları müəyyən qədər müxalifətçilik fəaliyyəti olan digər siyasi təsisatlar əvəz edə bilər.