Nişanlana bilməyən Oksana:
    • 2-12-2019, 11:03
    • 1 517

Nişanlana bilməyən Oksana: "Beş il yas saxlamaq olar?"- VİDEO - FOTOLAR

Ötən gecə Heydər Əliyev Sarayında "Qış nağılı" filminin təqdimatı baş tutub.

News24.az
xəbər verir ki, təqdimat gecəsində bir çox məşhur simalar iştirak ediblər. Yeni il karnavalını əks etdirən təqdimat gecəsində qış nağıllarının personajrları və atributları da yer alıb. Ekran əsərində Xalq artistləri Murad Dadaşov, Səidə Quliyeva, aparıcı Kəmalə Piriyeva, müğənni Dilarə Kazımova, rəqqasə Oksana Rəsulova, aktyorlar İslam Mehrəliyev, Taleh Yüzbəyov və başqaları rol alıblar. Bununla yanşı, türkiyəli məşhurlar Halil Sezai və Müge Boz da çəkilib. 

Qeyd edək ki, iki seriyadan ibarət "Qış nağılı" filmi "Cinemazadeh" studiyasında lentə alınıb. Ekran əsərinin baş prodüseri, ideya müəllifi və rejissoru Cəfər Axundzadədir. Film eyni oteldə baş verən bir neçə hekayədən ibarətdir.

Sevda Bayramova
VİDEO - FOTO: Fərid Şabanov