-
- 3-12-2019, 10:58
- 737
Milli Qəhrəmanın xatirəsi ANILDI
Azərbaycanın Milli Qəhrəmanı Yusif Əliyevin 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Bakı şəhəri üzrə Təhsil İdarəsindən News24.az-a verilən məlumata görə, tədbirdə şəhidin atası Əliyusif Əliyev, oğlu İsmayıl Əliyev və ailə üzvləri, Qaradağ Rayon İcra Hakimiyyəti (İH) başçısının müavini Təranə İsmayılova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, İH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri Ədalət Məhərrəmov, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyinin sədri Ədhəm Məmmədov, Qaradağ Rayonu Çevik Polis Alayının əməkdaşı Fuad Bayramov, 195 nömrəli tam orta məktəbin direktoru Laçın Hüseynli, ziyalılar, məktəb direktorları, müəllimlər, şagirdlər, valideynlər və KİV nümayəndələri iştirak ediblər.
Bakı şəhəri 195 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə keçirilən tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Çıxış edən BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli fərmanı ilə Yusif Əliyevin ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülməsi barədə danışıb. Qeyd edib ki, bu gün dövlətin, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət şəhidlərimizə, Milli Qəhrəmanlarımıza, şəhid ailələrinə sonsuz ehtiramın nümunəsidir.
B.Məmmədov 195 nömrəli tam orta məktəbin şagirdlərini Yusif Əliyev kimi qəhrəmanın adını daşıyan məktəbdə təhsil aldıqları üçün çox şanslı olduqlarını vurğulayıb. Bildirib ki, məktəb təkcə təhsil vermir, eyni zamanda şagirdləri hərtərəfli, vətənpərvər ruhda yetişdirmək vəzifəsini şərəflə daşıyır. Şagirdlər məhz Yusif kimi qəhrəmanı özlərinə örnək alaraq böyüyürlər.
Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova Yusif Əliyevin Azərbaycanın ilk milli qəhrəmanları sırasına daxil olduğunu bildirib. Torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canını qurban verən Yusif Əliyevin heç zaman unudulmayacağını bir daha diqqətə çatdırıb.
Milli Qəhrəmanın atası Əliyusif Əliyev övladının xatirəsinin əbədiləşdirilməsinə dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib. Qeyd edib ki, milli qəhrəmanlara, şəhidlərə göstərilən yüksək ehtiram onların qurban getdikləri müqəddəs amalların dövlət və cəmiyyət üçün əsas meyar olduğunu bir daha sübuta yetirir.
Sonda isə Azərbaycanın Milli Qəhrəmanı Yusif Əliyevin adını daşıyan 195 nömrəli tam orta məktəbin direktoru Laçın Hüseynli, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri Ədalət Məhərrəmov, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyinin sədri Ədhəm Məmmədov, Qaradağ Rayonu Çevik Polis Alayının əməkdaşı Fuad Bayramov çıxış edərək, şəhidin ömur yolundan bəhs ediblər. Bildirilib ki, Yusif Əliyev döyüş sınağından həmişə qəhrəmanlıqla çıxıb, ermənilərin Goranboyun Buzluq, Mənəşli, Erkəç kəndləri istiqamətində hücumlarının dəf olunmasında xüsusi şücaət göstərib. 1991-ci il sentyabrın 14-də düşmənin Buzluq kəndinə hücumu zamanı köməksiz qalmış əsgərlərimizə sursat çatdırmaq Yusifin həyatı hesabına başa gəlib. Yusif kimi müstəqilliyimiz və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların gənc nəslə örnək olduğu vurğulanıb.
Sonra tədbirdə Milli Qəhrəman Yusif Əliyevin həyat yolundan bəhs edən film nümayiş olunub.
Daha sonra şagirdlərin ifasında Milli Qəhrəmana həsr olunmuş şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş olunub.