-
- 27-02-2020, 11:32
- 752
Hotellərə ulduzların verilməsi qaydaları AÇIQLANDI
Milli Ulduz Təsnifatı Sistemi barəsində təlim keçirilərək Azərbaycan Hotel Assosiasiyası tərəfindən hotellərə ulduzların verilməsi prosedurları açıqlanıb.
News24.az xəbər verir ki, bu barədə Azərbaycan Hotellər Asossasiyasının baş icraçı direktoru Günay Sağlam məlumat verib.
O, ulduzlaşma qaydaları, onun tətbiq olunma metodu, lazımi sənədlər və minimum meyarlarla bağlı danışıb.
Eyni zamanda təlimdə yeni ulduz təsnifatı sisteminin, xüsusilə Azərbaycan hotelçilik sənayesi və turizmi üçün əhəmiyyətindən və üstünlüklərindən bəhs edib.
G.Sağlam onu da diqqətə çatdırıb ki, ulduzlaşma ilə bağlı müraciətlərin qəbuluna cari ilin may ayından etibarən başlanılacaq.
Fövqəladə Hallar Nazirliyi, Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına Qarşı Təbliğat Şöbəsinin Baş Mütəxəssisi Nizami Fərəcov isə dünyanın su, sanitariya və enerji texnologiyaları üzrə ixtisaslaşmış qlobal şirkəti olan “Ecolab”ın Azərbaycan üzrə nümayəndəliyi “Ecober” tərəfindən hotellərdə gigiyena və təmizlik standartları, eyni zamanda Fövqəladə Hallar Nazirliyinin nümayəndələri tərəfindən təhlükəsizlik standartlarının əhəmiyyəti barədə məlumat verib.
O qeyd edib ki, bu növ təlimlər ilk olaraq Bakıda, sonra isə regionlarda davamlı olaraq təşkil olunacaq.
TəHəmçinin Milli Ulduz Təsnifat Sisteminin icrasının Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası arasında imzalanan birgə fəaliyyət müqaviləsinə əsasən həyata keçiriləcəyi qeyd olunub.
Xatırladaq ki, ötən ilin dekabrında Azərbaycan Turizm Bürosuna Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən hotellərə ulduz verilməsinə görə uyğunluğun qiymətləndirilməsi akkreditasiya attestatı verilib.
Milli Ulduz Təsnifat Sistemi hotelçilik sahəsində ixtisaslaşmış təşkilat kimi Azərbaycan Hotel Assosiasiyası tərəfindən Avropa Mehmanxanalar Assosiasiyasının - “Hotelstars Union”-un təsnifat meyarları əsasında hazırlanıb.
Azərbaycan Hotel Assosiasiyası Avropa Mehmanxanalar Assosiasiyasının - “Hotelstars Union”un və Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyasının (“HOTREC”) müşahidəçi üzvüdür.
Afaq Mirayiq