"Azəriqaz"ın adından pul yığılır EHTİYYATLI OLUN! - VİDEO
    • 4-12-2019, 18:04
    • 1 117

"Azəriqaz"ın adından pul yığılır EHTİYYATLI OLUN! - VİDEO

Bir neçə gündür ki, Nizami rayonunun Elşən Süleymanov küçəsində bina evlərindən bir nəfər naməlum şəxs smart-kart tipli sayğacların kartlarının dəyişdirilməsi adı ilə pul yığır. Hər abonentdən 10 manat tələb edilir.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, əməkdaşlarımız abonentlərlə heç vaxt bu cür ünsiyyətdə olmur və smart-kartların zədələnmədiyi halda istifadə müddəti məhdudiyyətsizdir. Həmin şəxsin müşahidə kameraları ilə qeydə alınan görüntülərini təqdim edirik: