"Azəriqaz"ın adından qapıları döyən fırıldaqçılar peyda olub - XƏBƏRDARLIQ
    • 1-03-2019, 18:10
    • 1 286

"Azəriqaz"ın adından qapıları döyən fırıldaqçılar peyda olub - XƏBƏRDARLIQ

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) abonentlərə xəbərdarlıq edib.

“Azəriqaz” İB-dən News24.az-a verilən məlumata görə, son günlər Bakı şəhərinin müxtəlif ünvanlarında özünü “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı kimi təqdim edən şəxs və ya şəxslər mənzillərdə quraşdırılmış Smart-kart tipli qaz sayğaclarının batareyasının dəyişdirilməsi və ya smart kartların “vaxtının keçməsi” kimi məsələləri bildirərək həmin “problemlərin” aradan qaldırılması üçün vətəndaşlardan müəyyən miqdarda pul tələb edirlər:  “Bununla bağlı istehlakçıların nəzərinə çatdırırıq ki, Bakı şəhərində abonentlərə göstərilən bütün xidmətlər yalnız “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində həyata keçirildiyindən “Azəriqaz” İB-nin əməkdaşları öz xidməti vəsiqələrini göstərdikdən sonra ödənişsiz olaraq yalnız mənzillərdə yerləşən sayğaclara profilaktik baxış keçirə bilərlər. Sonda bir daha bildiririk ki, qeyd olunan hallarla rastlaşan vətəndaşlar yaşadıqları ərazi üzrə müvafiq polis bölməsinə müraciət etməlidirlər”.

Ülkər QASIMOVA