-
- 4-12-2019, 23:28
- 775
Nazir onunla görüşdü
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ölkəmizdə səfərdə olan Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Houlin Zao ilə ikitərəfli görüş keçirib.
News24.az xəbər verir ki, görüşdə ölkəmizin sözügedən təşkilatın ali idarəetmə orqanı olan Şuranın üzvü kimi fəaliyyəti və qurumla gələcək əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.
Tərəflər arasında regional təşəbbüs layihəsi imzalanıb. Müqaviləyə əsasən, BTİ-nin maliyyə dəstəyi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “İKT LAB” Tətbiq və Tədris Mərkəzi tərəfindən 2020-2021-ci illərdə “Qadınlar üçün İT sahədə multimedia onlayn kurs və veb portalın inkişafı” adlı layihə həyata keçiriləcək. Qeyd edilən layihə qadınların və qızların rəqəmsal hazırlığının inkişafına xüsusi töhfə verəcək.
Danışıqlar zamanı, həmçinin sərhədyanı ərazilərdə radiotezlik resurslarından istifadənin koordinasiya edilməsi, o cümlədən iki ölkə arasında innovasiyalar və startap ekosisteminin inkişafı sahələrində perspektiv əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.