ATƏT-in Xarici İşlər Nazirləri Şurasında Qarabağ münaqişəsinin həlli müzakirə ediləcək
    • 5-12-2019, 09:38
    • 722

ATƏT-in Xarici İşlər Nazirləri Şurasında Qarabağ münaqişəsinin həlli müzakirə ediləcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Slovakiyanın paytaxtı Bratislavada ATƏT ölkələri Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.

News24.az "RİA"ya istinadən xəbər verir ki, nazirlər toplantısı "Xalqlar naminə, dialoq və sabitlik üçün" şüarı altında keçiriləcək. Görüşün əsas mövzusu, gözlənildiyi kimi, ATƏT məkanında - Ukraynadakı, Dağlıq Qarabağdakı, Dnestryanı bölgədəki böhranlı vəziyyətlərin həlli olacaq.

Nazirlərarası məsləhətləşmələr Rusiya Federasiyası, Ukrayna, Fransa və Almaniyanın dekabrın 9-da Parisdə planlaşdırılan Ukraynanın şərqindəki münaqişənin həlli ilə bağlı çoxdan gözlənilən Norman sammiti ərəfəsində keçiriləcək. Liderlərin bu formatda görüşü sonuncu dəfə 2016-cı ilin oktyabrında Berlində baş tutub.