5 yaşlı uşağı aldadıb evə gətirdi - Döyərək zorladı
    • 5-12-2019, 15:55
    • 758

5 yaşlı uşağı aldadıb evə gətirdi - Döyərək zorladı

Şabran rayonunda 5 yaşlı oğlana qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmiş şəxs Ali Məhkəməyə müraciət edib.

News24.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 150.3.2-ci, yəni seksual xarakterli zorakılıq hərəkətləri etmə maddəsi ilə ittihasm edilmiş Rəşad Şövlətov Ali Məhkəmədən işin yenidən araşdırılmasını və barəsindəki hökmün dəyişdirilməsini xahiş edib. Mraciətə hakim Şahin Yusifovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Rəşad Şövlətov 17 may 2017-ci il tarixdə, saat 13.00-da yaşadığı evin yaxınlığında qonşusu 2012-ci il təvəllüdlü Sahib Babayevin həyətdə oynadığını görüb. O, həmin vaxt Sahiblə intim əlaqədə olmaq niyyətinə düşüb.

Bu niyyətini həyata keçirmək istəyən Rəşad Şövlətov Sahib Babayevin köməksiz vəziyyətindən istifadə edib və onu oyuncaq vermək adı ilə aldadıb.
Sahib Babayev Rəşad Şövlətovun ona oyuncaq verməsinə inanıb və onların evinə gedib. O, Sahibi evdə yataq otağına salıb, onunla cinsi əlaqədə olmaq istədiyini deyib.

Lakin Sahib Babayev onun bu istəyindən imtina edib. Bu zaman o, Sahib Babayevi döyərək, paltarını soyundurub. Sonra onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Rəşad Şövlətovun barəsində Cinayət Məcəlləsinin 150.3.2-ci Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Şövlətovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 2 il sınaq müddəti olmaqla 7 il 8 ay 14 gün müddətinə şərti cəza verilib.

Məhkəmənin qərarı ilə Rəşad Şövlətovun barəsində seçilmiş "başqa yerə getməmək haqqında haqqında iltizam" qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror protestində göstərib ki, hökmdən Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilməklə dəyişdirilməldir.

Prokuror protestini onunla əsaslandırıb ki, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən məhkəmə cəzanı şərti hesab etməklə sınaq müddəti müəyyən edərkən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla cəzanın fərdiləşməsinə xüsusi diqqət yetirməli, əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almalıdır.

Prokurorun fikrincə, məhkəmə təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmadığını cəzanı yüngülləşdirən hal kimi qəbul etsə də, cinayətin azyaşlı köməksiz vəziyyətdə olan zərərçəkmiş şəxsə qarşı törədilməsini nəzərə almayıb: "Qeyd edilən cinayət hadisəsi zərərçəkmiş şəxsi mənəvi psixoloji təsirə məruz qoyub və mənəvi iztirablara düçar edib. Məhkəmə qeyd olunan cinayət əməlinin ağır nəticələrinə əhəmiyyət belə verməyib".

Prokurorun qeydinə görə, törədilmiş cinayət ağır cinayətlər kateqoriyasına aiddir: "Məhkəmə Cinayət Məcəlləsinin 58, 59, 70-ci maddələrinin tələblərinə formal yanaşaraq məhkuma cəza təyin edərkən, onun törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə almamış və əsassız olaraq onun cəzaçəkmədən islah olunacağını hesab edib. Cinayət Məcəlləsinin 72.1-ci maddəsinə əsasən ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxsin təqsirini boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək etməsi, cinayət nəticəsində dəymiş ziyanı ödəməsi onu cinayət məsuliyyətindən azad edə bilər ki, məhkumun hərəkətlərində isə könüllü gələrək təqsirini boynuna alma halı müəyyən edilməyib".

Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Elman Əhmədovun sədrliyi ilə baş tutan prosesdə prokurorun apelyasiya protestinin dəlilləri araşdırılıb.

Hakim heyəti apelyasiya protestinin dəlillərini araşdırandan sonra qərar elan edib. Qərara görə, prokurorun protesti təmin edilməyib və birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.