"Kurtlar Vadisi" əfsanəsinin yaşadığı ev görənləri şoka salıb - FOTO
    • 1-05-2024, 14:11
    • 353

"Kurtlar Vadisi" əfsanəsinin yaşadığı ev görənləri şoka salıb - FOTO

Əfsanəvi “Kurtlar Vadisi” serialındakı Zaza dayı obrazı ilə yadda qalan aktyor Ali Sürmelinin yaşadığı yer məlum olub.

News24.az Ölkə.Az-a istinadla xəbər verir ki, Egeyin ən gözəl bölgələrindən biri olan Assosda yaşayan sənətçi 41 ildir, təbiət qoynunda dinc həyat sürür.

"Kurtlar Vadisi"ndən başqa "Dəli ürək"', "Çukur", " Eşkiya dünyaya hökmdar ola bilməz" kimi bir çox uğurlu layihələrdə rol alan ustad aktyor Ali Sürmeli gözdən uzaq bir yerdə yaşayır.

Ustad aktyor Kadırğada 41-ci ildir ki, birmərtəbəli taxta evdə yaşayır. O deyib ki, 6 sot ərazisi olan bu torpağı 12-13 il əvvəl o dövrün pulu ilə 100 minə alıb. 

Özü haqda danışan Ali Sürmeli bildirib ki, hamı onu təvazökar sayır, amma dəbdəbəli həyat tərzi yaşadığını hesab edir.

Aktyor onu da deyib ki, buranı alarkən bir çoxları burada gözəl bir şərait yaradılmasına yardım edəcəklərinə söz verdilər: "Amma mənə o zaman "qaz" verənlər sonradan çəkildilər, hətta 12 keçim var idi, onlarda getdi", - Sürmeli deyib.