Unitazın qapağını açıb HƏYATININ ŞOKUNU YAŞADI - VİDEO
    • 6-01-2020, 09:59
    • 983

Unitazın qapağını açıb HƏYATININ ŞOKUNU YAŞADI - VİDEO

Ayaqyolundan istifadə etmək istəyən yaşlı adam həyatının şokunu yaşayıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Avtraliyanın Qiunsland əyalətində unitazın qapağını açan şəxs orada piton ilanı görüb. O, ilk olaraq görüntünün fotosunu çəkib, daha sonra isə ilanın tutulması üçün mərkəzə zəng edib. 

Evə gələn mərkəzin işçiləri ilanın unitazda olmadığını görüblər. Evin sahibi isə bundan sonra ayaqyolundan istifadə edə bilməyəcəyini bildirib. Buna səbəb isə ilanın hələ də borularda olma ehtimalının olmasıdır.