Tükürpədici hadisə! Avtomobilin banından qadın meyiti tapıldı
    • 8-12-2019, 10:17
    • 1 170

Tükürpədici hadisə! Avtomobilin banından qadın meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının qarşısında dayanan minik avtomobilinin banından 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.
News24.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1992-ci il təvəllüdlü Ötümova Sevinc İlham qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.