Qazaxıstanlı ekspertlər Bakıda - FOTO
    • 9-12-2019, 12:09
    • 463

Qazaxıstanlı ekspertlər Bakıda - FOTO

Qaz təchizatında əhali qrupu üzrə illik limit tətbiqinə dair təcrübəni öyrənmək üçün Qazaxıstan Respublikasının “KAZTRANSQAZ” Səhmdar Cəmiyyətinin baş direktorunun məsləhətçisi Azamat Maytievin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub.

"Azəriqaz" İB-dən News24.az-a verilən məlumata görə, heyətdə “KAZTRANSQAZ” SC-nin Tarif siyasəti və investisiya layihələri üzrə departamentinin əməkdaşları Janar Aliyarbek, İsin Rustem Tuleubaeviç və Aygül Kalimova yer alıb. Qonaqlar əvvəlcə Azərbaycan Respublikasının Energetika Nazirliyində görüş keçiriblər.

Daha sonra “Azəriqaz” İstehsalat Birliyində olublar. Birliyin baş direktorunun əsaslı tikinti üzrə müavini Ramil İskəndərovla danışıqlar aparan qazaxıstanlı ekspertlər öyrənmək istədikləri istiqamətlər üzrə ətraflı fikir mübadiləsi aparıblar. Daha sonra onlar Birliyin ayrı-ayrı şöbə və idarələrinin mütəxəssisləri ilə müzakirələrə qatılıblar.