-
- 10-12-2019, 15:29
- 3 036
“Mənə hər yerdə yaşıl işıqdır”- FƏRQANƏ QASIMOVA - FOTOLAR - VİDEO - MÜSAHİBƏ
Onu hər kəs həm Alimin, həm də muğamın varisi kimi tanıyır. Bütün mənalarda ona ötürülən bu görəvi ləyaqətlə daşımağa çalışır. Həm məşhur ifaçının qızı, həm də peşəkar xanəndə kimi... Söhbət Əməkdar artist Fərqanə Qasımovadan gedir.
News24.az-ın növbəti müsahibi olan xanım sənətçi hər zaman qalmaqaldan uzaq, sadəliyi - və mülayimliyi ilə diqqət çəkib:
- Sərt insan deyiləm. Zahirən necə görünürəmsə, xasiyyətcə də eləyəm. Yəni göründüyüm kimiyəm. Düzdür, bəzi insanlar göründükləri kimi olmurlar. Amma mənim İçim – çölüm eynidir. İnsanları bir-birindən fərqləndirən qəlbi, ağlı, hərəkəti, xasiyyətidir. Amma hamımızın ruhu eynidir. Yəni hər kəsin içində mənfi və müsbət məqamlar var. İnsanlarımızın hamısı gözəldir, amma zaman-zaman qarşısındaki insan onu əsəbləşdirib, özündən çıxara bilər. Belədə isə mənim qəlbimdə hər zaman gilavar əsir.
"Ruhumuzu o qədər zədələyiblər ki..."
- Dörd uşaqlı anasınız. Bu qaçhaqaç-qovhaqovda onlara vaxt ayıra bilirsinizmi?
- Təbii ki... Əgər, dörd uşaqlı ana olmasaydım, sənətdə daha da böyük zirvələri fəth edərdim. Baxmayaraq ki, çoxuşaqlı anayam, amma yenə də bəzilərindən fərqli olaraq sənətimdə kifayət qədər uğur əldə etmişəm. Sənətimi çox sevirəm, amma mənim həyatımın əsas qayəsi uşaqlarımdır. Onlar artıq böyüyüblər. İndi sənətimə daha çox vaxt ayırmağa fürsət yaranıb. Azərbaycan muğamı üçün etmək istədiyim hələ çox işlər var. Muğamı gərək, eşqlə, zövqlə, diqqətlə dinləyib anlayasan. Amma təssüf ki, indiki dövrdə bayağı, qulağa yüngül gələn musiqilər çoxluq təşkil edir. Onlar ruhumuzu o qədər zədələyib ki, biz muğama qulaq asa bilmirik. Ona görə də, xanəndələrin boynuna çox böyük yük düşür. Muğamlarımızı, unudulmuş təsniflərimizi gənclərimizin qulaqlarına xoş gəlməsinə çalışmalıyıq.
İkinci Alim Qasımov
- Övladlarınızdan danışdınız. Oğlunuzun yaxşı səsi var, deyirlər... Ailədə daha bir xanəndə yetişir?
- Oğlum tara gedir. Uşaqlıqda çox gözəl səsi var idi. O oxuyanda ətrafda hər kəsin gözü dolurdu. İndi keçid dövrünü yaşayır, amma yenə də içində musiqi sevgisi çox böyükdür. Qızlarımın da, gözəl səsləri var. Düzdür, inanmıram ki, onlar həyatlarını bu sənətlə bağlayacaqlar, amma əsas odur ki, musiqi duyumları, yanaşmaları var. Bu da bir musiqiçi üçün çox önəmlidir. Bir Alim Qasımov ya da ki, Fərqanə Qasımova yetişib, yetişməyəcəyini bilmirəm, buna zaman lazımdır. Amma mən dünyaya gələndə artıq bir xanəndə kimi doğulmuşdum. Mənim səsim sirrini atam çözdü. Buna görə ölənə qədər ona minnətdaram. Çünki atam əlimdən tutub məni sənətə gətirdi. Bütün biliyini, savadını, muğamın sirrlərini mənə aşıladı. Düşünürəm ki, duetimiz yaradıcı sərvətdir.
- Yaradıcılığınızda toylar, xarici səfərlər çoxluq təşkil edir. Bu ailənizdə problem yaratmır?
- Xeyr. İnsana dəyər verilirsə, işinə görə hörmət qoyulursa, məncə orda heç bir narazılıq ola bilməz. Mən 16 yaşımdan səhnədəyəm. Mənim musiqiyə, muğama, ümumilikdə sənətə yanaşmam hər zaman fərqli olduğundan, ailəmdə heç bir narazılıq olmayıb.
“Çemodanımızı yerinə qoymurduq”
- Xarici səfərlərdən söz düşmüşkən, son zamanlar sənətçilər səfərlərin azlığından qileylənirlər…
- Bəli. Bu, böhranla əlaqəlidir. Biz qabaq çemodanımızı yerinə qoymurduq. Həmişə qapının yanında saxlayırdıq. Çünki təkliflər həddən artıq çox idi. Bəzən haqqımızda deyirlər ki, “Bax, xaricdən milyonlar gətirir”. Halbuki ordan gələn qonorar burdakı qazancımızdan qat-qat azdır. Düzünü deyim, mən özüm də səfərlərdən çox yorulmuşam. Təyyarələrdəki hava çatışmazlığı məni stressə salır. Bilirsiniz ki, biz o səfərlərdəki konsertləri pul qazanmaq üçün eləmirik.
“Bizim yuxuda görmədiyimiz qonorar…”
Yenə də ölkəmizə bərəkət. Baxmayaraq ki, Türkiyədən gələn sənətçilər ölkələrinə bizim yuxuda belə görmədiyimiz qonorarla qayıdırlar. Amma bizim sənətçilərimizdə isə bu məsələ fərqlidir. Biz konsert edəndə cibimizə qonorar qoya bilmirik. Konsertsiz sənətçi ola bilməz. Özünə hörmət edən sənətçi mütləq şəkildə böyük auditoriya qarşısına çıxmaq istəyir. Düzdür, indi böyük, əhatəli konsert zallarımız var. Amma onları doldurmaq asan məsələ deyil. Şou adamları bunu qismən bacarır. Amma xanəndələr bu məsələ çox böyük əziyyət çəkir. Çünki konsert həm bir növ imtahandır. Ona görə də, konsertlə bağlı qərar verəndə beynində milyon sual yaranır.
“Muğamdan vaz keçmək…”
- Ola bilərmi ki, nə vaxtsa muğamdan vaz keçib başqa janrda oxuyasız?
- Muğamdan vaz keçmək yox, amma bayağı musiqiləri saymasaq, başqa janrda nə vaxtsa oxuyaram. Özümü sınayaram. Çünki caz, pop, folklore olsun, ingilis, türk dilli musiqilərdən anlayışım var. Sadəcə, muğam bizim əsas məsləyimizdir. Əsas gücümü bu janra yönəltmişəm.
“Düşünürlər, mənimlə oxusalar, səsləri zəif olar, ifaları görünməz”
- Atanızdan başqa kiminləsə duet oxuya bilərsiniz?
- Əlbəttə. Biz hər zaman böyük sənətkarları duet ortaqları ilə birlikdə görmüşük. Amma Alim müəllimlə duetimiz kimi ikinci yaradıcı iş heç vaxt olmayıb. Başqa duet təkliflərindən də heç vaxt çəkinməmişəm. Atamın da bununla bağlı heç vaxt narazılığı olmayıb. Düşünürəm ki, ən yaxşı duetlərimdən biri müğənni Samirayla olub. Qarşıda daha bir duetə imza atmağı düşünürük. Amma onu da deyim ki, mənə duet təklifləri çox az gəlir. Çünki düşünürlər ki, mənimlə birgə oxusalar, səsləri zəif olar, ifaları görünməz.
- Yeri gəlmişkən, Alim müəllimin Stinqlə dueti olacaqdı. Amma gerçəkləşmədi. Bəklə onu siz reallaşdırasız?
- Niyə də yox? Amma gərək kimsə bu işin arxasınca düşməlidir. Bu, xanəndənin işi deyil. Bu layihədə olmasa da, hansısa bir filmin musiqisini oxumağı arzulayıram. Təxminən hind musiqisi kimi.. İnsanın qəlbini fəth edə biləcək musiqi olsun.
- Xalq artisti Alim Qasımovun qızı olmaq çətindir?
- Dahi insanın övladı olmaq çox çətindir. Əgər, onun işini davam etdirirsənsə, bu, ikiqat çətindir. Bunu musiqi ilə əlaqələndirirəm. Amma asanlığı, gözəlliyi də az deyil. Mənim üçün hər yer yaşıl işıqdır.
- Şöhrətinizə baxıb qıcıqlananar da varmı?
- Ola bilər. İnsanların içində paxıllıq, kin, sevgi hər şey var.
“Boşanmağımla bağlı xəbərlərə əhəmiyyət vermirəm”
- Anladım ki, sənətçi kimi xoşbəxtsiniz, bəs qadın kimi?
- Həyatımda ana, qadın kimi çoxlu imtahanlarım olub, amma yenə də çox xoşbəxtəm. Çoxları elə bilir ki, həyat yoldaşım da musiqiçidir, amma elə deyil. Sadəcə, onun da valideynlərinin də musiqiyə böyük sevgisi və marağı var.
- Amma mediada ara-sıra boşanmanız haqda xəbərlər dərc olundu. Bunların bir əsası varmı?
- Hər bir ailədə problemlər, çətinliklər olur. Ələxüsus indiki vaxtda. İki ay yaşayıb boşanırlar. Bu söz-söhbətlər hələ təzə ailə həyatı qurduğum vaxtlarda çıxmışdı. O haqda yazılan xəbərlərə əhəmiyyət vermirəm.
“Ruhunu incidəcək addım atmmalısan…”
- Bir müddət öncə Nəsiminin “Sığmazam” əsərinə müraciət etdiniz. Niyə məhz bu əsər?
- Bu əsərin özəlliyi yəqin ki, qalmaqallardan başlanılıb. Bəziləri əsəbiləşdi, digərləri isə rəğbət qazandı. Əgər, bu cür əsərə müraciət edirsənsə, başa düşməlisn ki, onun ruhunu incidəcək, utandıracaq bir addım atmamalısan.
Sevda Bayramova
VİDEO - FOTO: Fərid Şabanov