Göyərtəsində 38 nəfərin olduğu HƏRBİ TƏYYARƏ YOXA ÇIXDI
    • 10-12-2019, 11:18
    • 965

Göyərtəsində 38 nəfərin olduğu HƏRBİ TƏYYARƏ YOXA ÇIXDI

Göyərtəsində 38 nəfərin olduğu təyyarə radarlardan itib.

News24.az "BBC"-yə istinadən xəbər verir ki, Çili Hərbi Hava Qüvvələrinə məxsus "Hercules C130" təyyarəsi Antarktidaya gedərkən əlaqəni onunla əlaqə itib. Təyyarə ilə ünsiyyətin Punta Arenas şəhərindəki hava bazasından yola düşməsindən təxminən bir saat sonra kəsildiyi qeyd olunub.

Təyyarədə olanlardan 17-si ekipaj üzvü, 21-i sərnişindir. Təyyarənin axtarışına hərbçilər və xilasedicilər cəlb olunub.