Bakı-Sumqayıt yolunda taksi sürücüsü hoqqa çıxartdı – VİDEO
    • 11-12-2019, 11:55
    • 1 183

Bakı-Sumqayıt yolunda taksi sürücüsü hoqqa çıxartdı – VİDEO

Bakı-Sumqayıt yolda taksi sürücülərinin özbaşınalıqları, yol-hərəkət qaydalarını kobud şəkildə pozmaları barədə dəfələrlə məlumatlar yayılıb.

News24.az-ın məlumatına görə, belə hadisələrdən biri bugünlərdə baş verib. “Hyundai Elantra” markalı minik avtomobili ilə taksi fəaliyyəti göstərən şəxs nəqliyyat axınının intensiv olduğu vaxt yüksək sürətlə təhlükəli manevrlər edib. Avtomobilləri sağdan və soldan keçərək qəza şəraiti yaradan taksi sürətlə uzaqlaşıb.

Baş vermiş hadisənin görüntüsünü təqdim edirik.