Niyaməddin Musayev ölüm xəbərini yayanlar haqda:
    • 12-12-2019, 01:30
    • 5 743

Niyaməddin Musayev ölüm xəbərini yayanlar haqda: "Şərəfsizliyin son həddi..."

Sosial şəbəkələrdə xalq artisti Niyaməddin Musayevin ölüm xəbəri yayılıb. Onun ürək tutmasından dünyasını dəyişdiyi bildirilib.  
News24.az xəbər verir ki, məsələ ilə bağlı Niyammədin Musayev açıqlama verib.
Zəngimizə cavab verən sənətçi yayılan xəbərlərdən stress və əsəb keçirdiyini bildirib: 
“Mənim ölüm xəbərimi kim yayıb axı? Utanmırlar, bu cür cəfəng şeylər yazırlar. Maraqlanıram, amma tapa bilmirəm. Saytına baxış sayı artırmaq üçün bu cür şərəfsizlik edirlər. Mən sağ-salamatam. Bu kimi xəbərləri yayanlar şəxsiyyətsiz və şərəfsizdirlər. Mən onları tapıb məhkəməyə verə bilərəm amma mənliyimə sığışdırmıram.  
İnanın, bu, alçaqlığın son həddidir. Hamı gecə-gecə narahat olub, bir-bir mənə zəng vururlar. Telefonum susmur. Öyrənmədən bu cür əsassız bir məlumatı yaymaq əxlaqsızılıq və mənəviyyatsızlıqdır”.  
/Oxu.Az/