Bakıda qəzaya uğrayan avtomobilin İNANILMAZ GÖRÜNTÜLƏRİ – VİDEO
    • 13-12-2019, 10:46
    • 1 527

Bakıda qəzaya uğrayan avtomobilin İNANILMAZ GÖRÜNTÜLƏRİ – VİDEO

Bir neçə gün əvvəl Bakının Qaradağ rayonunda baş vermiş qəzanın görüntüləri yayılıb.

News24.az-ın məlumatına görə, idarəetmədən çıxaraq magistral yolun ortasındakı metal çəpərə çırpılan “Mercedes” tamamilə yararsız vəziyyətə düşüb. Hadisə zamanı metal xətt avtomobilin içərisinə girib və maşının havada qalmasına səbəb olub.

Qeyd edək ki, bu metal çəpərlər qəza zamanı çox təhlükəli olur və qırılaraq avtomobilin içərisinə daxil olur, insan tələfatına yol açır.
Son vaxtlar ölkədə yollar çəkilərkən atrtıq metal deyil beton ayırıcılardan istifadə edilir.