Bakıda taksi dəhşətli qəzaya uğradı - HADİSƏ YERİNDƏN GÖRÜNTÜ
    • 24-07-2019, 12:28
    • 1 898

Bakıda taksi dəhşətli qəzaya uğradı - HADİSƏ YERİNDƏN GÖRÜNTÜ

Bir qədər əvvəl Nərimanov rayonunda yol qəzası baş verib. 

News24.az-ın məlumatına görə Heydər Əliyev prospektindən Yusif Səfərov küçəsinə gedən yolda taksi kimi istifadə edilən minik avtomobili sürücünün idarəetməsindən çıxıb. Yolun ortasındakı körpünün divarına çırpılan taksi tamamilə yararsız vəziyyətə düşüb. Hadisədən sonra ərazidə tıxac yaranıb və evakuasiya xidməti dəvət edilib. Qəza zamanı ölən və yaralananlar barədə məlumat yoxdur.