-
- 13-12-2019, 12:15
- 726
Pilotsuz taksi xidmətinin ilk prototipi 2020-ci ildə İSTİFADƏYƏ VERİLƏCƏK
Dəmir yollarında kiçik həcmli sərnişin və yük daşımalarının həyata keçirilməsi, habelə regionlara təhlükəsiz və çevik səyahətin təmin edilməsi üçün “ASAN Railway” innovativ, pilotsuz nəqliyyat vasitələrinin tətbiqi layihəsi 2020-ci ildə pilot layihə olaraq həyata keçiriləcək".
News24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Agentliyinin sədri Ülvi Mehdiyev bu gün "Azərbaycan Dəmir Yolları" QSC və "ASAN Railway" layihəsinə dair Anlaşma Memarandumunun təfərrüatları barədə məlumat verərkən deyib.
O qeyd edib ki, "ASAN Railway" vasitəsilə həm sərnişindaşıma xidməti və yükdaşıma həyata keçirilə bilər:"Məsələn, Bakıdan Şəkiyə insanlar sifariş verməklə bu xidmətdən istifadə edə bilərlər ".
Ü.Mehdiyev onu da əlavə edib ki, layihə ilk dəfə həyata keçirildiyinə görə, çox ciddi təhlükəsizlik konsepsiyası hazırlanır:" Bütün sınaqlardan keçdikdən sonra 2020-ci ilin sonlarında ilk prototipi hazırlanacaq və pilot layihə olaraq istifadəyə veriləcək".
O vurğulayıb ki, yerli konsept olacaq :" Qatarın detallarına qədər burda istehsal edilməsi gözlənilir. Layihənin digər ölkələrə də tətbiqi gözlənilir".
Ü. Mehdiyev əlavə edib ki, dəmir yolu şəbəkəsi sərnişin və yük daşımalarını müəyyən vaxt intervalında həyata keçirir:" Bu intervalda olan sərbəst vaxtda insanlar dəmir yolu ilə taksi sifariş edə bilərlər. Bu cür layihə Yaponiyada tətbiq edilir. Bununla yanaşı, Azərbaycanın dəmir yolu şəbəkəsi genişlənir. Bakı- Tbilisi -Qars , Şimal Cənub, Şərq -Qərb beynəlxalq layihələr həyata keçirilir, yəni Azərbaycanın dəmir yolu şəbəkəsi dünyanın habına çevrilib. Bu şəbəkədən səmərəli istifadə etmək , həm Azərbaycana vətəndaşları üçün, həm turistlər üçün yeni sərnişin daşıma xidmətini yaratmaq hədəflənib." ASAN Railway" unikal layihədir və Azərbaycan buna imza atır".
O, tariflər məsələnə də münasibət bildirib və qeyd edib, ilk olaraq infrastruktur hazırlanmalıdır.
Afaq Mirayiq