“Kəlbəcər” tankeri gələn il İSTİFADƏYƏ VERİLƏCƏK
    • 16-12-2019, 11:16
    • 687

“Kəlbəcər” tankeri gələn il İSTİFADƏYƏ VERİLƏCƏK

“Bakı Gəmiqayırma Zavodu” MMC-də hazırlanan növbəti tanker demək olar ki, hazırdır. Tankerin son tamamlanma işləri aparılır.

News24.az xəbər verir ki, bunu "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev deyib. Onun sözlərinə görə, həmin tanker "Kəlbəcər" adı altında təqdim olunacaq.

M.Mehdiyev qeyd edib ki, gələn il tankerin istifadəyə verilməsi gözlənilir: ""Kəlbəcər" adlı tankerin hazırlanması ilə Azərbaycanın bütün işğal olunmuş rayonlarının tankerlərə verilən adları tamamlanır. Zavodda hazırlanan tankerlərin texniki imkanları ona icazə verir ki, maksimum yüklə Volqa-Don kanalı ilə dünya sularında, həm də Xəzər dənizində hərəkət etsinlər.
Ümumilikdə, Xəzər Dəniz Gəmiçiliyinin Azərbaycan bayrağı altında dünya sularında üzən 14 gəmisi var. Onlardan 12-i quru yük gəmisi, 2-si isə tankerdir".