Şəhriyar Məmmədyarov yenə sponsorsuzluqdan şikayətləndi
    • 17-12-2019, 00:48
    • 928

Şəhriyar Məmmədyarov yenə sponsorsuzluqdan şikayətləndi "Buna görə turnirdən geri qaldım"

Bir müddət öncə sponsor və dəstək olmamasından şikayətlənən Şəhriyar Məmmədyarov yenidən gündəmə gəlib.

News24.az qol.az-a istinadən xəbər verir ki, bu dəfə türkiyəli yazar Dimes Hak beynəlxalq qrossmeysterimizin dəstəksiz qalması ilə bağlı Feysbukda paylaşım edib.

Hak Şəhriyara məşqçisinin olmamasını xüsusi vurğulayıb: "Şəhriyar Məmmədyarov namizədlər turnirindən kənarda qaldı. Bu onun üçün psixoloji olaraq zərbədir. Ona diqqət ayrılmamasına xüsusi diqqət çəkmək lazımdır. Məmmədyarov yarışlarda komanda yoldaşlarının köməyi ilə çıxış edir. Bu mənəvi dəstək olsa da, bəzi görüşlərdə ona məşqçi lazım olur. Bu daha peşəkar səviyyədə həll edilməlidir".
Qeyd edək ki, Şəhriyar ötən il də sponsorsuzluqdan şikayətlənmişdi. O, çox turnirlərdə oynadığına görə yorulduğunu əsas gətirmişdi. Məmmədyarov əlavə etmişdi ki, məhz pula görə bir çox yarışlara qatılır və bu onun vacib turnirlərdə yaxşı çıxış etməsinə mane olur. Sözügedən status günlərlə ölkə ictimaiyyətində müzakirələrə səbəb oldu.