-
- 17-12-2019, 11:06
- 551
Bu il dünyada 49 jurnalist ÖLDÜRÜLÜB, 57-si OĞURLANIB
Ötən illə müqayisədə 2019-cu ildə peşə borcunu yerinə yetirdiyinə görə azadlıqdan məhrum edilən jurnalistlərin sayı 12 faiz artıb.
News24.azxəbər verir ki, bu barədə “Sərhədsiz Reportyorlar” təşkilatının 2019-cu ilin yekunları ilə bağlı hesabatında bildirilib.
Sənəddə qeyd olunub ki, hazırda dünyada 389 jurnalist və media işçisi həbsdədir. Jurnalistlərin ən çox həbsdə olduğu ölkələr Çin, Misir və Səudiyyə Ərəbistanıdır.
Bu ilin əvvəlindən dünyada 49 jurnalist öldürülüb. Onların çox az qismi münaqişə zonalarında qətlə yetirilib.
Jurnalistlər üçün ən təhlükəli ölkələr Suriya, Meksika, Əfqanıstan, Pakistan və Somali sayılır.
Bu ildə 57 jurnalist oğurlanıb. Onlardan 1-i Ukraynada, qalan qismi isə Suriya, Yəmən və İraqda yoxa çıxıb.
Qeyd edək ki, hesabatda 2019-cu il yanvarın 1-dən dekabrın 1-dək olan dövrə aid yoxlanılmış məlumatlar toplanıb.