AzTU-nun tələbəsi Avropa çempionu oldu - FOTO
    • 17-12-2019, 13:33
    • 1 107

AzTU-nun tələbəsi Avropa çempionu oldu - FOTO

Dekabrın 12-15-də Azərbaycanda karatenin Kempo növü üzrə Avropa çempionatı keçirilib. 

Azərbaycan Texniki Universitetinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, çempionata 20 ölkədən 600-ə yaxın idmançı qatılıb. Ölkəmizi 63 kq çəki dərəcəsində Azərbaycan Texniki Universitetinin (AzTU) 2-ci kurs tələbəsi Əli Abdullazadə təmsil edib. O, bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.

Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev tələbə Əli Abdullazadə ilə görüşüb, uğurlar arzu edib.

Xatırladaq ki, Əli Abdullazadə 2019-ci ilin mayında karatenin Kempo növü üzrə dünya çempionu olub.