Diqqət! Bakının bu ərazisində SU OLMAYACAQ
    • 18-12-2019, 09:30
    • 562

Diqqət! Bakının bu ərazisində SU OLMAYACAQ

Bakı şəhəri Səbail rayonu Fikrət Əmirov küçəsindən keçən magistral su xəttində qəza baş verib.

News24.az-ın xəbərinə görə, bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir.
"Qəzanın aradan qaldırılması ilə əlaqədar dekabrın 18-də gün ərzində Fikrət Əmirov, Üzeyir Hacıbəyov və Xəqani küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq",- məlumatda qeyd edilib.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.