-
- 2-09-2018, 13:39
- 974
Lütfi Zadənin abidəsini bəyənməyənlər bilsin ki...
Abidələr təkcə dünya çapında iz qoymuş insana ehtiram əlaməti olaraq qoyulmur. Abidə həm də ona görə qoyulur ki, həyatının ümumiləşmiş nəsnəsi daşda yer alsın. Böyük adamlara qeyri-adi heykəllər ona görə tökülmür ki, meydanları, küçələri bəzəsin, yaxud adamları əyləndirsin. O, mədəniyyətin inkişafı xüsusiyyətlərini özündə əks etdirir. Qeyri-adi abidələr gələcək nəslə təkcə o insanı deyil, həm də cəmiyyətin ideyası və idealı barədə məlumat verir. Heykəltaraşlar nəinki abidə sahibini, həm də öz istedadını, cəmiyyəti necə gördüyünü nümayiş etdirir. Belə kreativ abidələr insanı indisi və gələcəyi barədə düşünməyə yönəldir.
Azərbaycanda belə bir fikir formalaşıb ki, abidə mütləq sahibinə oxşamalı, qranit, yaxud tuncdan tökülməli, böyük adamdırsa ciddi görünməlidir. Ya əli çənəsinə söykənili halda fikrə getməli, ya dünyanın dərd-sərini çiyinlərində daşımalıdır. Artıq belə fikir kökündən yanlışdır. Müasir abidələr bir heykəlin timsalında milyon məna çıxarmalıdır.
Lütfi Zadənin qəbirüstü abidəsi barədə çox danışıldı. Bəyənən də oldu, bəyənməyən də. Biri dedi ki, “Lütfi Zadə evini oğrulardan qoruyur”, digəri “Fantomas” a oxşatdı. Aşağıda təqdim etdiyimiz abidələrə baxanda məlum olacaq ki, biz kreatib abidə baxımından da geri qalırıq. Və düşüncələrimiz yanlışlıqla doludur.
Bu, “Nobel” mükafatı laueratı Andrey Saxarovun Sankt-Peterburqda tökülən abidəsidir. Tanıyan olmasa, elə bilər ki, hanısa “çurbanın” biridir. Halbuki, o nəinki böyük mükafat sahibi, həm də Rusiya siyasətinə təsir göstərmiş insandır. Bu cür alimə bizdə abidə qoyulsaydı, heykəltaraşı ağ yuyub qara sərərdik.
Növbəti abidə isə müqəddəs Vatslavın ölmüş atın üstündəki abidəsidir. Müqəddəs Vatslav çexlərin qəlbində, eləcə də xristian dünyasında özünəməxsus iz qoymuş şəxsiyyət olub. Utanıb-qızarmırlar, o cür şəxsiyyətə qoyduqları hörmətə bax. Kişini urvatsız ediblər.
Bu isə böyük yazıçıya qoyulan hörmət. Frans Kafka. Kiminsə boynuna minib, onun da başı yoxdur. Heç utanmırlar. Nə alimlərinə, nə yazıçılarına hörmət qoyurlar. Harda qaldı Kafkanın düşüncəli görkəmi, əzab-əziyyətli həyatı ürəyində daşıması, hələ əlini çənəsinə qoyduğu vəziyyəti demirəm.
Dünya fəlsəfəsinə böyük töhfələr vermiş Ziqmund Freydin abidəsinə baxın. Yox, bunlar lap ağını çıxarıblar. Hansısa turist elə bilər ki, arvadı ona cəza verib boynundan asıb. Ya da paltarını qurutmaq əvəzinə, özünü asıb. İndi kişi “qadınlar nə istəyir” sualına cavab tapa bilməyibsə, ona belə cəza verərlər? Utanım yerinizə.
Bu isə ingilis yazıçısı Çarlz la Trobun abidəsidir. Anan ölsün, ay bala. Başı aşağı, ayağı göyə. Kişini yarımcan ediblər. Hardadır qranit tökmə, hardadır geniş zəka saçan baxışlar. Bir sözlə, sizdən adam olmayıb, olmayacaq da. Gör, öz məşhurlarını nə hala salıblar.
O ki qaldı qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadəyə...Həyatı boyu azad gəzən, azad düşünən insana elə o cür də kreativ və sonsuzluq rəmzi sayılan abidə qoyulmalı idi. Ən azından, özü də belə istəyərdi.
//Qafqazinfo.az