"Lotu Quli" ilə adı hallanan Afaq Aslan ərə gedir - FOTOLAR
    • 2-09-2018, 15:30
    • 4 339

"Lotu Quli" ilə adı hallanan Afaq Aslan ərə gedir - FOTOLAR

Cazibədar müğənni Afaq Aslan üçün doğum günü unudulmaz anlarla yadda qalıb.

Doğum günündə sevdiyi insan tərəfindən evlilik təklifi alan müğənni sevincinin həddi-hüdudu olmadığını və toy hazırlıqlarına başladıqlarını bildirib.

Adı azərbaycanlı qanuni oğru, “Lotu Quli” ləqəbli Nadir Səlifovla sevgi macərasında hallanan Afaq Aslan şəxsi həyatını gizli saxlayacaını deyib:

"Bu mənim haqqımdı. Həyatımla bağlı göz önündə, gündəmdə olmağı sevmirəm. Sevdiyim insanın adını gizli saxlayıramsa, bu o demək deyil ki, kim adımı kiminlə istəsə hallandıra bilər. Adımın ailəli insanlarla hallandırılması yolverilməzdir. Sevdiyim şəxs subaydır, mən isə gənc xanımam. Sevib-sevilmək, ailə qurmaq hər bir gənc qızın olduğu qədər, mənim də haqqımdır".

//Publika.az