-
- 22-12-2019, 12:35
- 834
“Azərişıq" seçki günü ilə bağlı məlumat yaydı
“Azərişıq" ASC dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar bütün seçki məntəqələrini dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edəcək.
Bu barədə News24.az-a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
O bildirib ki, artıq bununla əlaqədar texniki tədbirlər görülüb, əlavə maşın-mexanizmlər, mal-materiallar ayrılıb. Əlaqədar yarımstansiyalar və transformator məntəqələrində 24 saatlıq növbətçilik sistemi yaradılıb. Həmçinin planlaşdırılmış yenidənqurma, təmir-bərpa işləri seçki günü dayandırılacaq.