Azərbaycanda bələdiyyə seçkiləri KEÇİRİLİR
    • 23-12-2019, 09:00
    • 504

Azərbaycanda bələdiyyə seçkiləri KEÇİRİLİR

Bu gün saat 09:00-dan etibarən Azərbaycanda bələdiyyə seçkilərinə start verilib.

News24.az-ın xəbərinə görə, 1606 bələdiyyə üzrə çap olunmuş bülletenlərə 41462 nəfərin adı daxil edilib. Seçkilər zamanı respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək.

Qeyd edək ki, seçkilərdə 13 siyasi partiyanın nümayəndələri də namizəd kimi qeydə alınıb.