"Afət gül alıb qapıma gəlsə..." - FLORA KƏRİMOVA - VİDEO
    • 23-12-2019, 12:42
    • 1 446

"Afət gül alıb qapıma gəlsə..." - FLORA KƏRİMOVA - VİDEO

Bir müddətdir Xalq artisti Flora Kərimova ilə müğənni Afət Fərmanqızı arasında soyuq müharibə başlanılıb. Hətta F. Kərimova qarşı tərəfin təhqirlərinə görə məhkəməyə belə müraciət edib.

News24.az xəbər verir ki, iddiaçı tərəf biri - F. Kərimova A. Fərmanqızı haqda danışıb. O, bildirib ki,  onunla nəinki barışmaq, hətta bir araya belə gəlmək istəmir. ARB TV-də yayımlanan "Hüseynova bacıları" verilişində "Əgər, 31 dekabr günü Afət Fərmanqızı əlində gül dəstəsi ilə qapınıza gəlib sizinlə barışmaq istəsə, nə edərsiniz?" sualına belə cavab verib: "Onda elə qabiliyyət yoxdur. Men o insanlardan deyiləm ki, küsüm, sonra da barışım. Təbiətim belədir, onu dəyişə bilmərəm. Mənə "xamelyon" lazım deyil". 

Sevda Bayramova