İncəsənət xadimlərinə mükafatlar təqdim edildi - FOTOLAR
    • 24-12-2019, 15:53
    • 724

İncəsənət xadimlərinə mükafatlar təqdim edildi - FOTOLAR

Azərbaycan Milli İncəsənət Muzeyində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə orden, medal və fəxri adlara layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdimat mərasimi keçirilib.

News24.az xəbər verir ki, tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət və incəsənət sahələrində xidmətləri olan şəxslərə dövlət qayğısından danışıb.

Nazir qeyd edib ki, mükafatların 24 dekabr tarixində - Prezident İlham Əliyevin doğum günündə təqdim edilməsi ikiqat bayram ovqatı yaradıb: "Bu gün Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan dünya səviyyəsində nümunəyə çevrilib, regionun qabaqcıl dövlətləri sırasındadır. Dövlət tərəfindən göstərilən qayğı yaradıcı insanların fəaliyyətinə stimul verir".

Sonra mükafatlar təqdim edilib. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Şöhrət" ordeni, "Azərbaycan Respublikasının Prezidentinin fəxri diplomu", "Tərəqqi" medalı, "Xalq artisti" və "Əməkdar artist" fəxri adları ilə təltif olunanlara fəxri adlar və onların vəsiqələri təqdim olunub.