"Azərbaycan vokalçıları" festivalının bağlanış mərasimi KEÇİRİLİB - FOTOLAR - VİDEO
    • 25-12-2019, 16:15
    • 1 060

"Azərbaycan vokalçıları" festivalının bağlanış mərasimi KEÇİRİLİB - FOTOLAR - VİDEO

Azərbaycanda ilk dəfə keçirilən Azərbaycan Televiziyası Mədəniyyət Kanalının yeni layihəsi olan "Azərbaycan vokalçıları" festivalının təntənəli bağlanış mərasimi keçirilib. 

News24.az-ın məlumatına görə, Heydər Əliyev Mərkəzində baş tutan gecədə bir-birindən gözəl, hər zaman görkəmli ifaçıların repertuarlarında yer alan klassik ariyalar səslənib. Konsertdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppası əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə bir daha öz peşəkarlığını klassik musiqisevərlərə nümayiş etdirib.

Bağlanış mərasimində festivalın ideya müəllifi, bədii rəhbəri Ramil Qasımov da çıxış edərək vurğulayıb ki, dövlətin dəstəyi olmasaydı bu cür möhtəşəm layihələrin reallaşması qeyri-mümkün olardı. O, dövlət rəhbərliyinə, çalışdığı Azərbaycan Televiziyasına və festivalın bütün iştirakçılarına təşəkkürünü bidirib, yaradıcı və texniki heyətə uğurlar arzulayıb. 

"Yaşasın Azərbaycanımız" şüarından sonra bütün iştirakçıların ifasında "Azərbaycan" mahnısı səslənib. Tamaşaçılar ayağa qalxaraq vokalçıları alqışlayıb. Məhz bu çıxışla "Azərbaycan vokalçıları" festivalı baş çatıb.