-
- 25-12-2019, 16:52
- 846
"Təhlil göstərir ki, qış və yay arasında heç bir əlaqə yoxdur" - ETSN
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bu ilki qışın mülayim keçməsi ilə əlaqədar yayın da isti keçəcəyi barədə səslənən fikirlərə münasibət bildirib.
News24.az xəbər verir ki, U.Tağıyeva bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, qış dövründə müşahidə edilən hava şəraiti ilə yayda gözlənilən hava şəraiti arasında anologiyalar izləmək mümkün deyil. Çoxillik meteoroloji məlumatların təhlili də göstərir ki, qış və yay arasında heç bir əlaqə yoxdur.
U.Tağıyeva qeyd edib ki, son 10 ildə iqlimin daha sürətlə dəyişməsi müşahidə olunur:"Qlobal iqlim dəyişməsi bütün dünyanı narahat edən prosesdir. Azərbaycan da iqlim dəyişmələrinin qarşısının alınması üçün üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, ölkədə istilik effekti yaradan qazların konsentrasiyasının azaldılmasına yönələn tədbirlər həyata keçirir".
Afaq Mirayiq