AZAL-a məktub yazan balaca Murad pilot kabinəsində - VİDEO
    • 25-12-2019, 18:06
    • 1 009

AZAL-a məktub yazan balaca Murad pilot kabinəsində - VİDEO

“Azərbaycan Hava Yolları” (AZAL) 9 yaşlı Muradın pilot olmaq arzusu ilə “ASAN məktub” layihəsinə göndərdiyi məktubuna cavab verib.
News24.az-ın xəbərinə görə, Murad məktubda pilot olmaq arzusunu bildirib. Eyni zamanda məktəb ləvazimatlarına ehtiyacı olduğunu və oyuncaq kran maşını istədiyini qeyd edib: "Salam, dostum, sizə yazan Muraddır. Mənim 9 yaşım var. Mən böyüyəndə pilot olmaq istəyirəm. Əziz dostum, mən sizdən məktəb, idman, ayaqqabı, məktəb ləvazimatı və kran maşını istəyirəm. Mən indidən sizə təşəkkür edirəm".
AZAL məktubu aldıqdan sonra balaca Muradı Heydər Əliyev Beynəlxalq Aeroportunda görüşə dəvət edib.

AZAL-ın nümayəndələri ona aviaşirkətin işindən söz açıb. Muradın pilot ilə görüşü təmin edilib, təyyarənin pilot kabinəsinə aparılıb və ona təyyarənin necə idarə edildiyi göstərilib. 
 
Şəlalə Ağayeva