DİN XƏBƏRDARLIQ ETDİ - FOTO
    • 26-12-2019, 13:05
    • 434

DİN XƏBƏRDARLIQ ETDİ - FOTO

Şabranda soyğunçuluq edən şəxslər axtarılır.
 
 DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan News24.az-a verilən məlumata görə, Şabran rayonunda soyğunçuluq etməkdə şübhəli bilinən şəxslər axtarılır.

Həmin şəxslərin əlamətləri belədir: hər ikisinin boyu təxminən 175-180 sm, arıq bədən quruluşlu, qısa qara  saçlı və az saqqallı olublar. Hadisəni törədərkən əyinlərində cins şalvar və tünd rəngli üst geyimi olub. Lakin zərərçəkmişin üzünü aydın gördüyü soyğunçunun sol qulağında sırğa və sağ gözü ətrafında çapıq olub. 

Zərərçəkənin ifadəsi əsasında soyğunçulardan birinin fotorobotu hazırlanıb. 

Onları tanıyan və görənlər varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Şabran RPŞ-nə və ya şəhər telefonlarından 023-353-23-05 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.